Almaniya Müdafiə Nazirliyindən "F-35" xəbərdarlığı

DÜNYA 05 dek 2022, 20:31
ABŞ istehsalı olan "F-35" döyüş təyyarələrini almağa hazırlaşan Almaniyanın Müdafiə Nazirliyinin bu alış prosesində yarana biləcək problemlərdən narahat olduğu ortaya çıxıb.

Demokrat.az-ın AFP-nə istinadən  xəbərinə görə, Bundestaq Büdcə Komitəsinə göndərilən məxfi sənəddə Almaniya Müdafiə Nazirliyinin təxminən 10 milyard avroluq alışla qarşılaşa biləcək gecikmələr və əlavə xərclərdən narahat olduğu bildirilib.

AFP xəbər verir ki, sözügedən sənəd Maliyyə Nazirliyi tərəfindən komissiya üçün hazırlanıb və Müdafiə Nazirliyinin qiymətləndirmələrinə əsaslanıb.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Alman ordusunun modernləşdirilməsi üçün 100 milyard avroluq əlavə fond yaradan və bu çərçivədə Tornado döyüş təyyarələri parkını yeniləmək istəyən Berlinkeçən mart ayında 35 ədəd F-35 təyyarəsi alacağını açıqlamışdı.

Almaniya kansleri Olaf Şolz da keçən həftə verdiyi açıqlamada ABŞ-ın Lockeed Martin şirkəti tərəfindən istehsal edilən və dünyanın ən müasir döyüş təyyarəsi kimi tanınan F-35 təyyarələrinin alınmasına dair müqavilənin bu ilin sonuna qədər tamamlanmasını istədiyini deyib.

Bununla belə, AFP-nin əldə etdiyi sənəddə F-35-lərin yerləşdiriləcəyi Büchel aviabazasında ediləcək təkmilləşdirmələrin tədarükün başlanacağı 2026-cı ilə qədər reallaşa biləcəyinin şübhəli olduğu bildirilib.

Sənəddə bildirilib ki, ABŞ tərəfinin təhlükəsizlik tələbləri kifayət qədər mürəkkəbdir və bu, gecikmələri və xərcləri daha da artıra bilər.

Dekabrın 14-də Büdcə Komitəsinin layihə üçün ilk maliyyə tranşını təsdiq edəcəyi gözlənilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top