Lavrovdan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

XARİCİ SİYASƏT 05 dek 2022, 15:39
Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir.

Demokrat.az
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə bəyan edib.

“Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq”, - Lavrov vurğulayıb.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir.

“Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də əməkdaşlıq və digər proseslər də gündəlikdədir”, - Rusiya XİN başçısı əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top