Naxçıvana ayrılan dotasiya artırılacaq — Nazir

MALİYYƏ 05 dek 2022, 11:56
Naxçıvan Muxtar Respublikasının büdcəsinə xərcləri tənzimləmək məqsədilə ayrılan maliyyə vəsaiti artırılıb.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılacaq. Eyni zamanda Naxçıvanın dövlət büdcəsində xərclər 132, 3 milyon manat təşkil edəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top