Gəncədə evdə qaz balonu partladı — xəsarət alan var

HADİSƏ 04 dek 2022, 12:54
Gəncədə 41 yaşlı qadın yanıq xəsarəti alıb.

Demokrat.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər  sakini 1981-ci il təvəllüdlü G.Ələkbərova bədənin müxtəlif hissəsin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki,41 yaşlı qadın yaşadığı evdə qaz balonunun patlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. //unikal

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top