Zaur Günayla evliliyindən danışdı

ŞOU-BİZNES 03 dek 2022, 21:37
"Sirrin olmaması, əsl istək, hörmət, sayqı möhkəm ailənin sirridir. Zamanla bunları artıran cəhdlər olur. Əvvəl insanların bir-birinə olan sevgisi, sonra övladların dünyaya gəlişi və onların bu ailəni bir-birinə bağlaması. İnsanın bir-birinə sevgisi, hörməti varsa, digər tərəflər sadəcə ancaq gücləndirməkdən ötrüdür".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "MTV maqazin"ə açıqlamasında deyib. O, ailəsindən bəhs edib. Xanımı, aparıcı Günay Baxşəliyeva isə "Hörmət ailənin təməlindən olmalıdır.

Ailə qurmağa hazırlaşanlar bir-birilərinə vaxt versinlər, yaxşı tanısınlar. Bizim ailə qurmazdan əvvəl bir-birimizi tanımağa vaxtımız oldu" sözlərini əlavə edib. 
Sosial şəbəkədən danışan Zaur "Bir var sosial, bir var televiziya həyatımız. Hər şeyi qədərində etməyə çalışırıq. Hamısı içimizdən gələnidir. Güləndə də, ağlayanda da, gərginlikdə də özümüz oluruq" deyə, bildirib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top