Buzovnada üç nəfəri öldürən şəxsdən yeni xəbər

HADİSƏ 03 dek 2022, 19:34
Noyabrın 29-da Buzovna qəsəbəsində bir ailədən 3 nəfəri qətlə yetirən, daha bir nəfəri yaralayan 1976-cı il təvəllüdlü Səfərov Nofəl Səfər oğlu barəsində istintaq müddəti üçün məhkəmə qərarı çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş həyat yoldaşənın babası, nənəsi və dayısını öldürən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top