“3-cü Qarabağ müharibəsi olsa Ermənistan dağılacaq” — Erməni politoloq

REGİON 03 dek 2022, 00:10
“Hazırkı vəziyyətdə 3-cü Qarabağ müharibəsi Ermənistan üçün dağıdıcı və fəlakətli olacaq”.

Azpost.info bildirir ki, bu sözləri erməni politoloqu Qarik Keryan Fransa parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni “Aykakan Jamanak”a şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan daha əlverişli vəziyyətdədir: “Biz isə əməkdaşlıq formatından təcrid olunmuşuq. Hindistandan silah alımağımızı alqışlayırıq, amma mən əmin deyiləm ki, o lazım olan yerə çatacaq, yaxud təhlükəsizliyimizi nə dərəcədə təmin edə biləcək”.

Fransa senatının məlum qətnaməsinə gəlincə, politoloq deyib ki, bu yalnız mənəvi dəstəyi ifadə edir: “Nəzərə almaq lazımdır ki, bu qətnamə Azərbaycan və Türkiyəyə necə təsir götərəcək. Belə təsirin olacağı şübhə doğurur. Bu iki dövlət müstəqil siyasi qüvvə kimi çıxış edir və hər hansı təsir altında deyillər. Onlar hətta bunu gizlətmir və bəyan edirlər ki, belə qətnamələr onlar üçün heç bir əhəmiyyət daşımır və hər hansı təsir göstərə bilməz”.

Keryan deyib ki, Fransanın qəbul etdiyi qərarlar hər hansı bir təsiri olmayacaq və Ermənistanın təhlükəsizliyini təmin etmək gücündə deyil: “Hətta ABŞ belə Ərdoğana mane ola bilmir, o nə istəyir, onu da edir. Qərb ölkələrinin qərarları hazırkı vəziyyəti dəyişdirmək və Ermənistanın təhülkəsizliyini yaxşılaşdırmaq imkanı yoxdur”.

Politoloqun sözlərinə görə, Rusiya da Fransanın qəbul etdiyi qətnamədə maraqlı deyil: “Regionda yeni müharibə Rusiyanın da marağında deyil. Onlar gözəl başa düşürlər ki, müharibə olsa kənarda qala bilməyəcəklər, iştirak etməli olacaqlar. Bu isə Rusiyanı Ukrayna cəbhəsində zəifələdəcək”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top