Ölüm qeydiyyatı qaydalarını pozanlar cərimələnəcək

SOSİAL 02 dek 2022, 13:37
Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir.

Demokrat.az
xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 562-1-ci maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşir.

Layihəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslərin 150 manatdan 300 manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top