Makron Ukraynaya görə Putinlə danışacaq

DÜNYA 02 dek 2022, 00:07
Fransa prezidenti Emmanuel Makron Ukrayna böhranının həlli üçün Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən prezident Putinlə danışmağa davam edəcəyəm" -Makron qeyd edib.

O əlavə edib ki, artıq bu barədə ABŞ prezidenti Co Baydenlə danışıb:

"Fransa həmişə gərginliyin qarşısını almağa çalışıb .Onunla Zaporojye AES-in təhlükəsizliyi barədə danışacağam”, - Makron bildirib.

Qeyd edək ki,  Makron və Bayden ABŞ və Fransanın Kiyevə lazımi yardımı göstərəcəkləri barədə razılığa gəliblər . 

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top