Gəncədə avtomobil yollarını su basıb, nəqliyyatın hərəkəti çətinləşib — FOTO

HADİSƏ 30 noy 2022, 19:15
Gəncədə avtomobil yollarını su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

“Report”un məlumatına görə, hadisə şəhərin Təbriz küçəsi, Bağbanlar qəsəbəsinin bəzi küçələri və Yeni Gəncə qəsəbəsinə gedən yolda qeydə alınıb.

Nəticədə nəqliyyatın və insanların hərəkətində çətinliklər yaranıb.

Suyun fərdi yaşayış evlərinin həyətinə dolmaması üçün qabaqlayıcı tədbirlər görülür.

İlkin ehtimala görə, ərazidəki suların küçələrə axmasına səbəb yaxınlıqdan keçən arxın daşması olub.

 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top