“İran azərbaycanlılara qarşı illərlə mənəvi terror törədib” — Deputat

SİYASƏT 29 noy 2022, 11:47
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının prezidentinin çıxışında çox ciddi məqamlara diqqət cəlb olunub. Əlbəttə ki, bu məqamlardan ən başlıcası İranda yaşayan soydaşlarımızın acınacaqlı vəziyyətidir. Cənab Prezident bir neçə dəfə bu məsələni diqqətə çatdırıb, xüsusilə Əlcəzairdə keçirilən çox böyük toplantıda da bu məsələ diqqət mərkəzində oldu. Eləcə də, bu konfransda da cənab Prezident soydaşlarımızın vəziyyətindən, İran rejimin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən çox ciddi şəkildə söhbət açdı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı sədri Tahir Rzayev deyib. Millət vəkili  tarixən molla rejimi bu ölkədə yaşayan azərbaycanlıların dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini əllərindən aldığını qeyd edib.

“İranda yaşayan 40 milyondan çox azərbaycanlının demək olar ki, bir dənə məktəbi yoxdur. Onlar öz dillərində  danışmaqdan, çıxış etməkdən, mötəbər tədbirlərdən söhbət açmaqdan belə bəzən məhrum ediliblər.  Kiçik bir qurum olan ermənilərin İranda bir neçə məktəbi, qəzetləri, mədəni birlikləri, təşkilatları olduğu halda azərbaycanlılar bundan məhrumdurlar. Əlbəttə, bu azərbaycanlılara qarşı  mənəvi terrordur, onların hüquqlarının pozulmasıdır. Bu hüquqların pozulmasının əsasında onlar İranın ictimai-siyasi həyatından tamamilə təcrid olunublar. Demək olar ki, indi İranda yaşayan azərbaycanlılar səlahiyyətsiz, hüquqları olmayan bir varlığa çevriliblər. Cənab Prezident də İranın azərbaycanlılara olan bu münasibətini mötəbər tribunalardan dilə gətirməklə,beynəlxalq normaların, insan haqlarının pozulmasının ön plana çəkir. Prezident bununla bildirdi ki, biz İranda yaşayan soydaşlarımızın mənafeyini daimi diqqətdə saxlamalıyıq və yeri gələndə bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmağa borcluyuq”.

Deputat qeyd edib ki, bütün bunlar azərbaycanlılara qarşı bir qısqanclıq, təqib, təhqir və hörmətsizlik kimi qiymətləndirilməlidir. 

“Cənab Prezidentin söylədikləri reallıqdır. İran hakimiyyətinin nəinki bu ölkədə yaşayan azərbaycanlılara qarşı, eləcə də Azərbaycana qarşı münasibəti çox pisdir. Və onun bizə qarşı yönəldilən təxribatları yolverilməzdir! İran hakimiyyəti bu gün də bu təbliğatı aparır. Ermənistana qardaş deməklə, Azərbaycana qarşı öz düşmən mövqeyini ortaya qoyur! İranda baş verən hadisələr və azərbaycanlıların bu hadisələrdə fəal iştirak etməsi göstərir ki, artıq İran ictimaiyyəti molla rejimini onun yeritdiyi siyasəti dəstəkləmir. Xalq demokratik təsisatlar yaratmaq, öz azadlıqları uğrunda mübarizə aparmaq və yeni siyasəti sisteminin meydana gəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Cənab Prezidentin bu çıxışı sözsüz ki, hər bir azərbaycanlının ürəyindən xəbər verir və bu bilavasitə İranda yaşayan azərbaycanlılara bir dəstəkdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top