DÇ-2022: Portuqaliya Bruno Fernandeşin dublu ilə pley-offda!

İDMAN 29 noy 2022, 00:58
Portuqaliya Qətərdə davam edən futbol üzrə Dünya çempionatında ikinci oyununda ikinci qələbəsini qazanıb. 

Demokrat.az
-ın xəbərinə görə, avropalılar Uruqvay millisi ilə görüşdən qalib ayrılaraq (2:0), 1/8 final mərhələsinə adlayan üçüncü yığma komanda olub. Hərçənd, komandalar fasiləyə 0:0-lıq heç-heçə ilə yollanıb.

Lakin Portuqaliya növbəti 45 dəqiqədə özündə güc taparaq, iki qol vurmağı bacarıb. Hər iki top Bruno Fernandeş aktivinə yazılıb. Yarımmmüdafiəçi 53-cü dəqiqədə hesabı açıb. Oyunun əlavə olunmuş 3-cü dəqiqəsinə 11 metrlik cərimə zərbəsindən komandasına inamlı qələbə qazandırıb. Bu qələbə sayəsində Portuqaliya 6 xalla Fransa, Braziliyadan sonra mundialda 1/8 finala adlayan üçüncü milli olub.

DÇ-2022, qrup mərhələsi, 
II tur
H qrupu
23:00. Portuqaliya - Uruqvay - 2:0 

Qollar: Bruno Fernandeş, 54, 90+3-pen.

Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top