“Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir” — Sosioloq

SOSİAL 28 noy 2022, 23:50
“Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl mətbuatda uşaqların ad günü tortlarının üzərində təsbeh, bıçaq, tapança, qandal maketlərinin hazırlanması məsələsi gündəmə gəlmişdi. Bu məsələni sosial şəbəkələrdə, medialarda çox geniş müzakirə etmişdik. Nəticənin bax belə olacağından qorxurduq və nəticə də çox gecikmədi. Hazır ki, mənzərə isə həmin təhlükəni hələ ilk simptonlarıdır. Mən bundan da betər gələcəyin və cəmiyyətin ola bilmə ehtimalından çox qorxuram”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Sosioloq qeyd edib ki, valideynlərin bir çoxu övladlarına uşaq kimi olmağa imkan vermir və uşaqları yaşından çox tez böyütməyə çalışırlar. 

“Hətta, bəzən uşaqlar böyüklərin  söhbətinə müdaxilə edirlər, yəni onlar da böyüklər kimi söhbət etməyin həvəsində olurlar. Bəzən sözlə müzakirə olunacaq problemləri davaya çevirməyi sevirlər. Çünki azyaşlı və yeniyetmə olmalarından əlaqədar olaraq bunları analiz etmirlər, düşünmürlər, ölçmürlər, biçmirlər. Və ilk münaqişədəcə zorakılığa əl atırlar. Son hadisə də buna nəticə oldu. İki gələcəyi parlaq insan itirdi. Biri sözün həqiqi mənasında həyatını itirdi, digəri isə həbsxanada göz görə-görə həyatını orada davam etdirəcək. Bu da bir idmançı üçün həyatını itirməyə bərabərdir. Qeyd edim ki, münaqişə anında gəncin bıçaq çıxartması və insanı hədələməsi olduqca, təhlükəli vəziyyətdir. Təsəvvür edin ki, biz avtobusda təsadüfən kiminsə ayağını tapdalayarkən, qoluna toxunarkən  və yaxud da ki, səkidə kimləsə toqquşarkən başımıza gələcəkdən demək olar ki xəbərsizik! Bu sadaladığım vəziyyətlərdə də insanın üzərinə bıçaq çıxarda biləcək xislətdə olan insanlar var. Ona görə “maksimum diqqətli olaq” da deyə bilmirəm. Çünki bizim diqqətli olmağımızdan asılı olan bir şey deyil. İnsan haqsızlıq görəndə, etiraz etmək istəyəndə artıq o etirazında dilə gətirə bilməyəcək, çünki belə vəziyyətlərlə üzləşmək təhlükəsi yaranır”. 

Sosioloq qeyd edib ki, artıq elə bir durum orataya çıxıb ki, nəyi övladlara aşılayacağımızı bilmirik:
“İndi biz övladlarımız necə aşılayaq? Çünki haqqımızı qorumağı, hüquqlarımızı bilməyi aşılmaqla nəticə bu cür olur. Biri digərinə tutaq ki, “ayağını çək!”,  “qolunu kənara çək!” deyə bilməyəcək. Çünki nəticəsi ölümlə yekunlaşır. Dövrün gəncləri və yeniyetmələri olduqca aqressivdir. Təbii ki, onların tərbiyələrində internet və internetdə olan nəhəng baza çox böyük rol oynayır. Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir, yönləndirir. Biz aciz-aciz durub baxmağa məcbur oluruq. Qeyd edim ki, əksər valideyn övladına smartfon verməyə, onu kompüterlə təmin etməyə məcburdur. İşdə olduğu üçün valideyn övladınla əlaqə saxlaya bilmək üçün buna məcburdur. Dərslərində ehtiyac yaranır deyə, smartfonla övladını təmin edir. Övladımız o smartfonlarda nələrə baxır, nələr edir bilmirik.  Bax onu özü böyük bir sual işarəsidir!”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top