"Rusiya ilə danışıqlara nə vaxt gedəcəyinə Ukrayna özü qərar verəcək, ABŞ şərtləri müəyyən etmir" — Səfir

DÜNYA 28 noy 2022, 22:13
Amerika Birləşmiş Ştatları Ukrayna rəhbərliyinə Rusiya ilə  danışıqlar aparmaq üçün təzyiq göstərmir və hesab edir ki, prezident Volodimir Zelenski nə vaxt və hansı şəraitdə belə dialoqa hazır olacağını müəyyənləşdirməlidir.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu bazar ertəsi ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culian Smit  deyib.

"Biz onları (Ukraynanı - red.)  təşviq etmirik. Bu cür danışıqlarla bağlı bütün məsələləri Ukrayna  prezident Zelenski şəxsən həll etməlidir. Biz ona imkan verəcəyik ki, hansı şərtlər altında masa arxasında

əyləşməyə (danışıqlar – red.) hazır olacağını müəyyən etsin”, - Smit qeyd edib.

O vurğulayıb ki, Ukrayna məsələsində ABŞ öz mövqeyini dəyişməyib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top