Avropa İttifaqı sanksiyalardan yayınmağı cinayətlər siyahısına əlavə etdi

DÜNYA 28 noy 2022, 21:24
Aİ Şurası sanksiya pozuntularının Avropa İttifaqına qarşı cinayətlər siyahısına daxil edilməsini yekdilliklə təsdiqləyib. 

Demokrat.az rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə qanunverici orqanı məlumat yayıb. 

Məhdudlaşdırıcı tədbirlərin pozulmasının “Aİ cinayətləri” siyahısına daxil edilməsi bütün Avropa İttifaqında sanksiyaların eyni dərəcədə tətbiq edilməsini təmin etmək və məhdudiyyətlərdən yan keçmək və ya pozma cəhdlərinin qarşısını almaq məqsədi daşıyan iki addımdan birincisidir.

Məlumata görə, növbəti addım Avropa Komissiyasının sanksiyalardan yayınma ilə bağlı cinayətləri və onlara qarşı cəzaları təsvir edəcək direktiv təklifi olacaq. Sonra Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən müzakirə olunacaq.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top