Zaqatala rayonunun müxtəlif kəndlərindən gələn sakinlərin bir istəyi — FOTO

SOSİAL 28 noy 2022, 16:55
SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Zaqatala rayonunda baş tutub.

“Səyyar qəbul otağı”nda rayonun bəzi kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Görüş zamanı sakinlər tərəfindən Yuxarı Çardaxlar, Çobankol, Qımır, Bazar, Mamrux, Muğanlı və Gözbarax kəndlərinin mavi yanacaqla təchiz edilməsi istənilənilib.

Səsləndirilən 18 müraciətdən biri fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi olub.

Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.

Bəzi problemlərin araşdırılmasına qərar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top