Bakıda 16 yaşlı cüdoçu belə bıçaqlandı — ANBAAN VİDEO

KRİMİNAL 27 noy 2022, 11:20
Dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Demokrat.az  Qafqazinfo-ya istinadən 16 yaşlı Turalın bıçaqlanma anının videosunu təqdim edir:

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top