İran millisinin azərbaycanlı üzvü yığmadan ayrıldı

İDMAN 26 noy 2022, 15:57
Güney Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli milli komandadan ayrılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə idmançı sosial media hesabında məlumat yayıb.

İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılan Əkrəm Xudabəndəli 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

O, dəfələrlə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

Qeyd edək ki, İranda repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib.    /axar.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top