“Ermənistan bütün məsələləri qoyur qırağa, Makronun iştirakını istəyir” — VİDEO

GÜNDƏM 25 noy 2022, 23:57
Prezident İlham Əliyevin bu gün "Orta dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə verdiyi bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin hansı mərhələdə olduğunu göstəricisi oldu. Dövlət başçısı Ermənistan baş nazirinin dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsi barədə şərtinin qəbuledilməz olduğunu vurğuladı. Nikol Paşinyan bu tələbi irəli sürəndə Azərbaycanın buna razı olmayacağını bilirdi və faktiki olaraq onun məqsədi məhz danışıqları pozmaq idi.   

Demokrat.az
xəbər verir ki, gündəmin bu mövzusuna uyğun suallara, eləcə də Azərbaycanın İranla münasibətlərə, rəsmi Bakının Avropanın qaz təminatı məsələsində mövqeyinə İTV-nin efirində, "Diqqət Mərkəzin" verilişində cavab tapmağa çalışılıb. 

Proqramın qonağı Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov maraqlı məqamlara toxunub. Verilişin tam variantına aşağıdakı linkdən baxa bilərsiniz:

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top