İşçi Qrupun növbəti iclası keçirildi

DAXİLİ SİYASƏT 25 noy 2022, 21:00
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.

Bu barədə Demokrat.az-a Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru, alt İşçi Qrupun rəhbəri Cavid Abdullayev iclası giriş sözü ilə açıb.

Alt İşçi Qrupun fəaliyyəti ilə bağlı tematik tədbirlər üzrə müəyyən olunmuş məsul şəxslər tərəfindən görülmüş işlərə dair hesabatlar dinlənilib və cari məsələlərə dair müzakirələr aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top