İstiqlal sevdalısı — Əhməd Cavad

SOSİAL 25 noyabr 2022, 19:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci il “Əhməd Cavadın 130 illiyi”nin qeyd olunması ilə əlaqədar respublikada silsilə tədbirlər davam etdirilir. Növbəti dəfə Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “İstiqlal sevdalısı – Əhməd Cavad”  adlı ədəbi-bədii gecə keçirildi.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Dillər Universitetinin 3 saylı binasının Akt zalında təşkil olunmuş ədəbi-bədii gecədə ADU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.

Ədəbi-bədii gecə tələbələrin Əhməd Cavadın həyat və yaradıcılığı haqqında maraqlı məlumatları ilə başladı. Şairin qısa ömründə yazdığı şeirlər Azərbaycan, alman və rus dillərində səsləndirildi, şeirlərə bəstələnən mahnılar və rəqslər ifa olundu.

Tələbələrin çıxışlarından sonra tədbirin təşkilatçısı Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, fil.f.d., dosent X.Əsgərova İstiqlal sevdalısı Əhməd Cavad haqqında maraqlı faktlar söylədi. Tədbirin qonaqları - ADU-nun rektorunun məsləhətçisi A.Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., professor F.Cahangirov, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi L.Qurbanova və Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi N.Hüseynova Vətən sevdalı şairin həyat və yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.  

Maraqlı çıxışlarına görə tələbələr dekanlıq tərəfindən “Təşəkkürnamə” ilə təltif olundular.

Ədəbi-bədii gecənin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top