Estoniyada ukraynalı çağırışçıları qəbul etmək istəmədilər

DÜNYA 24 noy 2022, 19:05
Estoniya Ukraynadan çağırışçıları qəbul etməməlidir.

Demokrat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu estoniyalı deputat, Milli Müdafiə Komitəsinin üzvü Erki Savisaar bildirib.

O, qeyd edib ki, Estoniyanın ukraynalı qaçqınlarla bağlı indiki siyasəti çıxılmaz vəziyyətdədir. Ölkə Ukraynadan çıxması qadağan edilən kişiləri qəbul etməməlidir. 

“Ukraynalılara kömək etməyin bir çox yolu var. Mövcud siyasət o deməkdir ki, işlər çıxılmaz vəziyyətdədir. Biz başqa ölkələrlə danışıqlar aparmalıyıq və Ukraynadan çıxması qadağan olunmuş ukraynalı şəxslərə müvəqqəti müdafiə verməməliyik”, - Estoniyanın keçmiş baş nazirinin oğlu bildirib.

Qeyd edə ki,  Estoniya ölkədəki ukraynalı qaçqınlara məxsus olan müvəqqəti müdafiə statusunun alınması prosedurunu çətinləşdirilir. Belə ki, artıq onlar eston dilindən də imtahan verməli olacaqlar.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top