Bananın qiymətində kəskin artım — Səbəb nədir?

SOSİAL 24 noy 2022, 17:27
Azərbaycanda bananın qiyməti artıb.

Demokrat.az
xəbər verir ki, 2021-ci ilin sonunda 2-2.10 manata qədər bahalaşan bananın qiyməti bu ilin yanvar ayında 2.70 manata qalxmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kilosu 3 manata satılır.

Satıcılar artımı topdansatış mərkəzlərinin qiyməti qaldırması ilə izah edirlər.

""Meyvəli"də qiyməti qaldırıblar. Biz baha alırıq. 3 manata satanda bizə kilosunda 20 qəpik qazanc olur", - deyə satıcılardan biri bildirib.    /bakupost.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top