Makronun Rusiyanın cəzalandırılması ilə bağlı çağırışına Kremldən REAKSİYA

DÜNYA 24 noy 2022, 16:45
"Rəsmi Paris Ukrayna Silahlı Qüvvələrinin  Donbasda endirdiyi zərbələri də tənqid etsə, Rusiya, Ukraynaya endirilən zərbələri pisləyən Fransa prezidenti Emmanuel Makronun sözlərini qəbul edə biləcək".
 
Demokrat.az
TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü xatırladıb ki, 2014-cü ildən Ukrayna artilleriyası Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinin mülki obyektlərini və yaşayış binalarını atəşə tutur. Peskov Makrona cavab olaraq, bunu Fransa rəhbərliyinin bir dəfə də qınamadığını deyib.

Qeyd edək ki, bir müddət əvvəl Fransa prezidenti Rusiyanın Ukraynaya raket hücumlarına görə cəzalandırılmalı olduğunu bildirib. Həmçinin, mülki hədəflərə hücumların yolverilməzliyi qeyd edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top