Azərbaycanın bu bölgəsində maaşlar ARTDI

SOSİAL 24 noy 2022, 12:10
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596,2 manat olub.

Bu barədə Demokrat.az-a yerli Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top