Qızıl bahalaşdı

MALİYYƏ 24 noy 2022, 10:10
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının protokolunun dərc edilməsindən sonra qızılın qiyməti artıb.

Demokrat.az
birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,59 % və ya 10,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 755,95 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,19 % artaraq 1 unsiyası 21,622 ABŞ dolları təşkil edib.

Sənəddə göstərilir ki, FED uçot dərəcəsinin artım tempinin tezliklə azaldılmasını məqsədəuyğun hesab edir.

Bunun ardınca ABŞ valyutasının zəifləməsi qeydə alınıb. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,29 % düşərək 105,77 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması isə qızılı digər valyutalarda alış üçün daha əlçatan edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top