Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb — FOTO

XARİCİ SİYASƏT 23 noy 2022, 16:42
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, - o bildirib.

Qeyd edək ki, A.Buayon noyabrın 10-da Azərbaycana səfir təyin edilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun diplomatik missiyası noyabrın 21-də başa çatıb və o, Bakını tərk edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top