İclasa qatılmayan deputatları sərt tənqid edi

DAXİLİ SİYASƏT 23 noy 2022, 11:47
““Siyasi partiyalar haqqında” qanunun əvvəlki redaksiyası ilə müqayisədə yeni variantında qanun layihəsinin 15 maddəsində 45 dəyişiklik edilib”.  

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə zamanı deyib. 

“Bu, son deyil. Güman edirəm ki, üç komitənin birgə iclası və parlamentdə iştirak edən siyasi partiyaların nümayəndələrinin dəvəti, onlardan alacağımız müsbət fikir və mülahizələr qanun layihəsinin sonrakı mərhələdə yenidən təkmilləşməsinə rəvac verəcək”, deyə deputat qeyd edib.  

O, eyni zamanda İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasına qatılmayan deputatları sərt şəkildə tənqid edib. Millət vəkili deputatların iclasa qatılmama səbəblərini öyrənməyi tapşırıb: “Sənin işindir, gəlib burada oturmalısan. Baxıb görürəm ki, xeyli sayda adam yoxdur. Onların iclasda niyə görə iştirak etməməyindən xəbərimiz yoxdur”. /qafqazinfo

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top