“Vardanyanın taleyi də digər separatçıların taleyi kimi həll olunacaq” — ŞƏRH

GÜNDƏM 22 noy 2022, 23:45
“Hər kəsə aydındır ki, Ruben Vardanyan Rusiyada müəyyən dairələrə bağlı olan adamdır. Bütün hallarda Vardanyan tanınmış biznesmendir. Baxmayaraq ki, rus “pasport”undan imtina edib, amma hələ də nüfuzlu şəxslərlə rabitələr qalmaqdadır. İstisna etmək olmaz ki, burada Kremlə yaxın olan şəxslərdir. Mən demirəm ki, məhz bu şəxslər konkret olaraq Rusiyanın ali başçılarıdır. Amma bütün hallarda nüfuzlu adamlardır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq qeyd edib ki, onların da müəyyən siyasi addımları həyata keçirmək üçün nüfuzları var.

“Təbii ki, Azərbaycan üçün fərq eləmir ki, kim kiminlə əlaqəlidir və hansı məqsədlər daşıyır. Bizim əsas tələbimiz ondan ibarətdir ki, onların havadarları bilməlidirlər ki, oradakı separatçılar çıxmalıdır. Biz əlimizdən gələni edəcəyik ki, onlar oradan çıxsınlar. Fərq eləmir onlar arxasında kimlər dayanır. Biz başa düşürük ki, Vardanyanın arxasında təsirli dairələr dayanır və Vardanyan da onlara arxalanır. Prezidentin mesajı da ondan ibarətdir ki, Vardanyan heç də arxada olan adamlara güvənməsin. Təbii ki, Vardanyanın taleyi də digər separatçıların taleyi kimi həll olunacaq. Sadəcə olaraq mesaj ondan ibarətdir ki, Vardanyanla bağlı olanlar son müharibənin nəticələrini nəzərə alsınlar və bizlə oynamasınlar və məsələ sülh yoluyla həll olunsun”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top