“Fərhad Əhmədov heç vaxt qanuni, namuslu yolla milyarder olmayıb”

GÜNDƏM 22 noyabr 2022, 16:06
“Keçmiş SSRİ məkanında nəinki milyarder, hətta qanuni yolla milyoner olmaq mümkün deyil. Çünki bu ölkələrin iqtisadi vəziyyəti hamıya məlumdur, vətəndaşların həyat səviyyəsi hamıya məlumdur. Dünya bazarına bir dənə mal çıxartmayan, dünyada xüsusi, qeyri-adi dərəcədə Marks kimi, yaxud da dünyada qısa müddətdə milyoner olan adamlar kimi hansısa orijinal ideya və təkliflə çıxmayan adamın milyonlar, milyardlar toplaması yalnız korrupisya yoluyladır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri əlavə edib ki, Rusiyanın özü dünyanın ən korrupsioner ölkəsidir. 

“Rusiya sərvətlərinin oğurlanması hesabına bu adamlar milyarder olub. O baxımdan Fərhad Əhmədov heç vaxt qanuni, namuslu yolla milyarder olmayıb. Qeyri-qanuni yolla milyarder olubsa, bu, o deməkdir ki, onu istənilən qeyri-qanuni hərəkətə də cəlb etmək olar. Mən tam məsuliyyətlə deyirəm ki, vaxtilə milyarderlər ittifaqına daxil olan Rusiyanın Azərbaycandakı milyarderlərinin hamısı Rusiyanın dövlət maraqlarına xidmət edən adamlardır. Bu gün də onlardan həm casus kimi, həm də Azərbaycana mənfi təsir edən şəxs kimi, aranı qarışdıran şəxs kimi bu və ya başqa şəkildə istifadə edirlər. Hətta, milyarder olmayan Azərbaycan dövlətində başqa yerlərdə vəzifə tutan adamlardan eyni məqsədlərlə istifadə edirlər. Ona görə də, Fərhad Əhmədovun Rusiyaya casusluq etməsini sübut edən başqa fərq də ondan ibarətdir ki, prezident seçkiləri ərəfəsində o, bilirsiniz ki, açıq şəkildə Azərbaycanda siyasi bəyanatlar verməyə başladı. Azərbaycan müxalifətini ittiham edirdi. Xüsusən də, Azərbaycanın demokratik müxalifəti və istiqlalçı müxalifəti, əvəzində tamamilə yeni bir müxalifətin yaranması ideyası ilə çıxış etdi. Rusiyadan qeyri-qanuni yolla pul toplamış adamların Azərbaycandakı siyasi fəaliyyəti Rusiyanın razılığıyladır, Rusiya dövlətinin maraqlarına uyğundur və Azərbaycan xalqının maraqlarına ziddir. Fərhad Əhmədov da bu baxımdan ən aqressiv və ən təhlükəli adamlardan biridir”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top