"Daha 2-3 milyon ukraynalı soyuqlara görə evlərini tərk edəcək" — ÜST

DÜNYA 21 noyabr 2022, 23:09
"Ukraynalılar soyuqlara görə qaçqın olmaq məcburiyyətində qalacaqlar."

Demokrat.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

ÜST hesab edir ki, daha 2-3 milyon ukraynalı istilik və təhlükəsizlik axtarışında evlərini tərk edəcək.

"Bütün bu vəziyyət onların psixi sağlamlığına da mənfi təsir göstərir. Biz daha 2-3 milyon ukraynalının istilik və təhlükəsizlik axtarışında evlərini tərk etməsini gözləyirik. Onlar "COVID"-19, pnevmoniya və qrip kimi yoluxucu infeksiyalar, həmçinin difteriya və qızılca kimi ciddi risklər daxil olmaqla, unikal sağlamlıq problemləri ilə üzləşəcəklər"- təşkilatdan bildirilib.

Qeyd edilir ki, ukraynalı ailələr alternativ istilik üsullarına müraciət etmək məcburiyyətində qalacaqlar. Söhbət kömür və ya odun yandırmaqdan, dizel generatorlarından və ya elektrik qızdırıcılarından istifadə etməkdən gedir.  Zəhərli maddələrə məruz qalma uşaqlar, yaşlılar, tənəffüs və ürək-damar xəstəlikləri olan insanlar üçün sağlamlıq riskləri yaradır. Bundan əlavə, təsadüfən yanıqlar və xəsarətlər istisna edilmir. 

 "Bütün bunlar ukraynalıların psixi sağlamlığına zərbə vurur. Bu həftə müharibə 9-cu ayına qədəm qoyur və artıq 10 milyona yaxın insan kəskin stress, narahatlıq, depressiya və psixi pozğunluqlar riski altındadır",- ÜST xəbərdarlıq edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top