İranın “malalama” üzrə müşaviri: “Azərbaycan xalqı gözümüzün işığıdır” — VİDEO

GÜNDƏM 21 noy 2022, 22:48
Əvvəlki illərdə olduğu kimi, İran Azərbaycana qarşı geri addım atıb.

Belə ki, molla rejiminin nümayəndələri bir neçə gün əvvələ qədər Azərbaycana qarşı təhdidlərlə dolu fikirlər səsləndirirdilərsə, indi eyni rejim İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin şirin dili ilə könlümüzü almağa çalışır.

“İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır”, - deyə ali rəhbərin müşaviri açıqlama verib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top