Erməni mənşəli məşhur sovet və rusiyalı müğənni daha çox qan istəyir...

GÜNDƏM 21 noy 2022, 22:03
"Xarkovu, Nikolayevi, Odessanı və Dnepropetrovsku götürmək lazımdır..."
 
"Hər şey bizim üçün yaxşı olacaq, mən çox ümid edirəm ki, tezliklə qələbə bizim olacaq..."
 
Keçmişdə məşhur olan sovet və rusiyalı müğənni İrina Otiyeva 64 illiyi ilə bağlı verdiyi müsahibəsində Ukraynada baş verən hadisələrə münasibətini bildirib.
 
Moderator.az xəbər verir ki, söhbət onun "Moskovskiy Komsomolets" nəşrinə verdiyi müsahibəsindən gedir.
 
"Mən bu günlə yaşayıram və Ukraynada xüsusi hərbi əməliyyatın bitməsini gözləyirəm, - müğənni deyib. -Hər şey bizim üçün yaxşı olacaq, əsas odur ki, orada tezliklə hər şey bitsin. Bu, mənim istədiyim yeganə nəsnədir".
 
Müğənni deyib ki, dəfələrlə Ukraynada çıxış edib və o, orada hər zaman hərarətlə qarşılanıb.
 
"Mən bütün Ukraynanı dolaşmışam, həm də dəfələrlə, - Otiyeva xatırlayıb. - Mənim böyük turlarım olub. Mən həm qərb, həm də şərq rayonlarında çıxış etmişəm. Və hər yerdə hər şey çox yaxşı keçib. Ona görə də mənim bircə istəyim var: tezliklə hər şey bitsin. Mən insanlara acıyıram. Ən çox da uşaqlara yazığım gəlir...
 
Hərbi əsirlərin güllələnməsini heç cür unuda bilmirəm. Bu, sadəcə, dəhşətlidir! Televizorda bu çarx tam göstərilməyib. Düz ediblər, yoxda insanlar dəli olardı. Mən internetdə tapmaq istədim, alınmadı. Deyilənə görə, qorxulu mənzərədir! Ukrayna haqqında başımda daim fikirlər var. Mən hər şeyi müşahidə edirəm, televiziya proqramlarına baxıram. Mən çox ümid  edirəm ki, tezliklə qələbə olacaq".
 
Jurnalistin, onun fikrinə görə, "qələbə"nin nə zaman olacağı sualına cavabında müğənni müharibənin necə bitəcəyi barədə fikrini bölüşüb.
 
"Hər şey tezliklə bitəcək, - müğənni proqnoz verib. - Biz Xarkovu götürməliyik, Odessanı götürmək lazımdır, Nikolayevi də.  Mənə qalsa, Dnepropetrovsku da götürərdik, o da prinsipcə rus şəhəridir".
 
İrina Adolfovna Otiyeva erməni mənşəli sovet və rusiyalı caz və estrada müğənnisi, 1997-ci ildən Rusiyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, rus cazının ifaçısı, bəstəkar, mahnı müəllifidir.
 
Otiyeva Otyan və ya Otiyan erməni soyadının ruslaşdırılmış variantıdır. Müğənni erməni knyazı Amatuninin qədim sülaləsindəndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top