Zelenskidən Ukrayna üçün növbəti dəstək ÇAĞIRIŞI

DÜNYA 21 noy 2022, 21:47
"Rusiya Federasiyasının Ukraynanın kritik infrastrukturuna raket zərbələri kütləvi qırğın silahlarından istifadəyə bərabərdir"

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu  NATO Parlament Assambleyasının plenar iclasında çıxış edən Ukrayna prezidenti Volodimr Zelenski deyib.

"Ruslar qışda ukraynalıları su və istilikdən məhrum etməklə, Ukraynanın enerji infrastrukturunu məhv etmək istəyirlər. Onlar milyonlarla insanın həyatını birbaşa təhlükə altında qoymaq istəyirlər. Bu, kütləvi qırğın silahlarından istifadəyə bərabərdir" - Zelenski qeyd edib.

Prezident vurğulayıb ki,  Rusiyaya qarşı sanksiyaları gücləndirmək, Ukraynanın hava hücumundan müdafiə sistemini təkmilləşdirmək və Ukraynaya müdafiə dəstəyini artırmaq lazımdır.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top