“İnsanlarımız xoşbəxt deyil” — İran millisinin kapitanı

İDMAN 21 noy 2022, 14:32
Bu gün dünya çempionatının qrup mərhələsində ilk oyununa çıxacaq İran yığmasının kapitanı Ehsan Haysafi ölkəsində keçirilən etiraz aksiyalarından danışıb.

Demokrat.az
xəbər verir ki, İngiltərə ilə oynayacaq asiyalıların futbolçusu bunları deyib:

“Aksiya iştirakçıları bilməlidir ki, biz təəssüflənirik. Etiraf edirəm, bizim ölkədə şərait, durum yaxşı deyil, insanlar xoşbəxtlikdən uzaqdır. Biz burda olsaq da, xalqımızın səsini dünyaya çatdırmalıyıq. İnsanlarımıza borcluyuq və onlara hörmət etməliyik. DÇ-dəki qollarımızı İran xalqına həsr edəcəyik. Ümid edirəm ki, ölkəmizdə durum dəyişəcək və insanlar sevinəcək, xoşbəxt olacaq”. 

Qeyd edək ki, artıq iki aydan coxdur İranda 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz olaraq etiraz aksiyaları keçirilir.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top