Bakıda 47 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 21 noy 2022, 12:46
Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Rövşən şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Nəzakətə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Rövşən yaşadığı evdə arvadı ilə şəxsi münasibətlərin pozulması zəmnində aralarında mübahisə baş verib.

O, ailə münaqişəsi zamanı bel kəməri ilə onun bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr endirib. 

İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1997-ci ildə Nəzakət ilə ailə həyatı qurub, birgə nigahlarından iki övladları var. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Nəzakət iləarasında mübahisə baş verib: “Mübahisəyə səbəb Nəzakətin divanda oturaraq hərbi xidmətdə olan oğluna görə narahat olduğunu, ağladığını, mənim isə narahat olmamağımı deməsi olub. Həmin vaxt arvadım mənə kobud cavab verdi. Buna görə də mübahisə etdik. Mübahisə zamanı qızım otağından çıxaraq mənə kobudluq etdi. Arvadıma övladımıza düzgün tərbiyə verməməsini bildirdim. Bu səbəbdən yaranan münaqişə zamanı əsəbləşdim, bel kəmərim ilə arvadımı vuraraq, ona müxtəlif bədən xəsarətləri yetirdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəzakətin sözlərinə görə, əri ilə mübahisəyə səbəb onun hərbi xidmətdə olan oğlunun zəng etdiyi mobil nömrəyə zəng etməsi olub: “Rövşən mənim naməlum nömrəyə zəng etdiyimi gördü və qısqandığı üçün qolumdan yumruqla vurdu. Həmin vaxt evdə olan qızım atasına irad bildirdi. Rövşən əsəbləşərək bel kəməri ilə qəsdən vuraraq mənə müxtəlif bədən xəsarətləri yetirdi. Qızım isə qorxusundan evdən çıxaraq həyətə getdi”.

Zərərçəkmiş ifadəsində əri ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin arvadı ilə barışmasını, arvadının ona qaşı şikayətinin olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Rövşənin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top