“Bu, İrana verilmiş ən yaxşı cavab oldu” — ŞƏRH

SİYASƏT 21 noy 2022, 12:09
“Azərbaycan-İsrail əlaqələrinin tarixi və mövcud durumunu nəzərə alsaq, İsraildə Azərbaycan səfirliyinin açılacağı xəbəri çox yerinə düşdü. Hər iki ölkə bir-birinə dost və qardaş ölkələrdir. Səfirliyin açılması diplomatik əlaqələrin inkişafına yeni təkan verəcək, daha da dərinləşməsinə səbəb olacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib.

“Azərbaycan İslam dünyasının bir üzvü kimi uzun illərdir ki, İsraildə səfirlik açılmasını İslam dünyasının İsrailə qarşı olan mənfi münasibəti səbəbindən təxirə salırdı. Buna İranın da reaksiyasını nəzərə alıb, bir növ ehtiyatlı davranırdı. Artıq qəti qərar verilib, İsraildə səfirlik, Fələstində isə diplomatik nümayəndəlik açılacaq. Bu, hesab edirəm ki, doğru addım oldu. Azərbaycanın hər iki ölkədə eyni zamanda diplomatik fəaliyyətə başlanması hesablanmış siyasi addımdır. Təbii ki, İranın qarşı ola bilmə ehtimalı bu dəfə nəzərə alınmadı. İran bu münasibəti öz əməlləri ilə qazanmış oldu. Bu, İrana verilmiş ən yaxşı cavab oldu”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top