Ronaldodan qalmaqallı müsahibə alan jurnalist danışdı: “Buna dözməyəcək”

İDMAN 21 noy 2022, 11:30
Jurnalist Pirs Morqan “Manchester United”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Demokrat.az
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Ronaldo “United” rəhbərliyi, Ten Haq və mətbuat tərəfindən nifrət edilməsinə, habelə barəsində “95% zibildir” kimi ifadələrə sakitcə dözən insanlardan deyil”. 

Xatırladaq ki, P.Morqan bu yaxınlarda portuqaliya ulduz ilə sensasiyalı müsahibə dərc etmişdi.

Britaniyalı jurnalistə müsahibə verən futbolçu sadəcə olaraq klubdan getməyə məcbur edildiyini bildirib. Ronaldo etiraf edib ki, hazırda doğma klubu “Manchester City”, “Liverpool” və “Arsenal”dan geri qalır. Onun fikrincə, klubda hər şey məhv edilməli və sıfırdan başlamalıdır.

Ronaldo komandanın hazırkı baş məşqçisinə hörmət etmədiyini də qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top