Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi iləbağlı xəbərlərə rəsmi münasibət bildirilib.
Bu barədə Gürcüstanın Penitensiar Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Saakaşvili xəstəxanada həkim nəzarətindədir:
"İctimaiyyəti yanlış məlumatlandırmamaq üçün hər kəsi əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.
Xatırladaq ki, Saakaşvilinin zəhərlənməsi barədə vəkilValeri Qelbaxyani məlumat yaymışdı.

