İdman

"Fənərbağça"da hücumçu axtarışı: Yanvar üçün hədəf bəlli oldu

Fənərbağçada hücumçu axtarışı: Yanvar üçün hədəf bəlli oldu

"Fənərbağça" qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. İstanbul təmsilçisinin gündəminə "Tottenhem"in braziliyalı forvardı Riçarlison daxil olub.

Demokrat.az xəbər verir ki, İngiltərənin "TeamTalk" nəşrinin məlumatına görə, "Fənərbağça" 29 yaşlı Riçarlisonla maraqlanır. Braziliyalı futbolçunun adı yay transfer dönəmində də İstanbul klubunun mümkün hədəfləri sırasında hallanıb.

Riçarlison 2022-ci ildə "Everton"dan "Tottenhem"ə keçib. Onun London klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatacaq. "Transfermarkt"ın məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 25 milyon avro qiymətləndirilir.

Braziliyalı hücumçu "Tottenhem"də keçirdiyi dörd il ərzində bütün turnirlər üzrə 134 rəsmi oyunda meydana çıxıb. Bu qarşılaşmalarda 32 qol vuran Riçarlison 15 məhsuldar ötürmə də edib.

Məlumata görə, "Fənərbağça" yanvar transfer pəncərəsində hücum xəttinə əlavə güc qatmaq üçün alternativləri nəzərdən keçirir və Riçarlison bu siyahıda yer alan futbolçulardan biridir.

Jalə