Bakıda ağır qəza: Ölən və yaralananlar var

HADİSƏ 19 noy 2022, 15:41
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə Sabunçu rayonunda Şuşa şəhərciyində yerləşən Fidan marketin qarşısında qeydə alınıb.

Ərazidə yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər ağır xəsarət alıb. Yaralılar Sabunçu Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top