“Makron gözünə erməni lobbisinin eynəyini taxıb” — Elman Nəsirov

XARİCİ SİYASƏT 18 noy 2022, 16:27
“Heç şübhəsiz ki, Fransa Senatının antiazərbaycan qətnaməsinə qarşı cürbəcür vasitələrlə etiraz aksiyaları həyata keçirmək lazımdır. Ancaq burada əsas hədəf ondan ibarət olmalıdır ki, etiraz dalğası Fransa Senatına, Fransa dövlətinə və onun hakim strukturlarına təsir etmək potensialına malik olsun. Mən hesab edirəm ki, belə “Noldu, Paşinyan” kimi meyxanalar, yaxud da ayrı-ayrı fransız məhsullarının alışına etirazlar elə güclü təsir mexanizmi olmayacaq. Mənə elə gəlir ki, zəif nöqtələrdən biz Fransaya zərbə endirə bilərik. Zəif nöqtələr isə onunla bağlıdır ki, ilk növbədə Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinin prespektivləri də böyük sual altına alınmalıdır. Eyni zamanda, təsirli mexanizmlərindən biri də odur ki, Fransa Əlcəzairdə 1 milyon 500 mindən çox əlcəzairlini qətlə yetirib, soyqırım siyasəti həyata keçirib və belə olan vəziyyətdə qarşılıqlı şəkilə çalışmaq lazımdır ki, Əlcəzair Xocalı soyqırımını tanısın, biz də Əlcəzairdə Fransanın törətdiyi soyqırımı tanıyaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bu gün də Fransa müstəmləkəçilik siyasətini həyata keçirir.

“Fransanın ən zəif nöqtələrindən biri Korsikadır. 1768-ci ildə Fransa Korsikanı işğal edib. 200 ilə qədərdir ki, korsikalılar öz azadlığı uğrunda mübarizə aparır və Fransanın əsarətindən çxımaq istəyir. Lakin Fransa buna imkan vermir və kimlər ki, ayağa qalxıb etiraz edirlər onlara deyirlər ki, siz terrorçusunuz, separatçısınız. Hesab edirəm ki, Korsika ilə işləmək, korsikalarla bizim elmi cameə arasında, ekspertlər arasında əlaqələrin yaradılması bu gün olduqca aktualdır. Korsikanın mübarizəsini biz dəstəkləyə bilərik. Əgər Fransa Senatı, eyni zamanda Milli Assambleyası qondarma Qarabağdakı rejimin müstəqliyini tanıyırsa, belə vəziyyətdə Korsikanın müstəqliyini tanımaq bizim müstəsna hüququmuz ola bilər. Heç kimi bunu bizim əlimizdən ala bilməz. Təsir əks təsirə bərabərdir”. 

Fransa Senatının qəbul etdiyi sənədin əslində heç bir hüquqi gücə malik olmadığını diqqət çəkən millət vəkili əlavə edib ki, bu sənəd sadəcə tövsiyə xarakterlidir. 

“Əslində senat xalq tərəfindən seçilmir və onu ancaq hakim strukturlar seçirlər. Ona görə də, burada əsas diqqət o olmalıdır ki, hökumət hansı addımı atacaq. Birmənalı şəkildə hesab edirəm ki, Emmanuel Makronun xeyir-duası ilə Senat bu sənədi qəbul edib.  Biz artıq onun fərqində olmalıyıq ki, bu günləri Fransa hökuməti, Fransa prezidenti, parlamenti əslində dünya ermənilərinin demək istədiyini deyirlər. Bu gün Makron dünya erməniliyinin danışan dilidir. Fransada güclü erməni lobbinin danışan dilidir. Makron gözünə əslində erməni lobbisinin eynəyini taxıb və Azərbaycana da erməniliyin eynəyi ilə baxır. Hesab edirəm ki, burada çox böyük korrupsiyadan söhbət gedir. Dünya erməniliyi bu gün Fransa və senatı da, milli assambleyanı da, prezidenti də faktiki olaraq, rüşvət və korrupsiya vasitəsilə öz tərəfinə çəkə bilib. Kimlər buna inanmırlarsa, baxsınlar. Nikol Sarkoziya qarşı cinayət işi açılmışdır. Niyə açılmışdı? O, prezident kampaniyası zamanı Liviya prezidenti M.Qəddafidən böyük həcmdə vəsait almışdı ki, prezident seçiləndə qalib gəlsin. Korrupsiya əməyi göz qabağında idi, bütün dünya mətbuatı bundan yazdı. N.Sarkoziya qarşı cinayət işi açıldı. 1990-cı illərin əvvələrinə baxsanız Fransanın baş naziri Beroqua özünə qəsd etdi. Səbəb o idi ki, ona qarşı böyük cinayət işi açılmışdı. Siz təsəvvür edin ki, əgər bir dövlətin prezidenti səviyyəsində, baş naziri səviyyəsində korrupsiya cinayətləri varsa, onda niyə Makrondan biz bunu gözləməyək? Makrondan  daha çox korrupsiya əməllərini gözləmək olar. Çünki Makron yeganə prezidenti Fransa tarixində, daha dəqiq 5-ci respublikanın tarixindəki erməniləri o qədər açıq mətnlə dəstəkləyir ki, hətta öz dəstək fikirlərini erməni dilində yazır. Ermənidən çox erməni olur və bu qənaətə gəlmək olar ki, fransızların və onların ali siyasi  rəhbərləyinin ermənilərə sevgisi təsadüfən deyil, onun arxasında bir şey dayanır. O da korrupsiyadır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top