“Sülhməramlıların orada fəaliyyət göstərməsinə birbaşa Paşinyan imza atıb” — Laçının deputatı

GÜNDƏM 16 noy 2022, 22:53
“Bu gün Fransa Senatı nə dərəcədə erməni diasporunun nəzarəti və təzyiqi altında olduğunu göstərdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Deputat Vətən müharibəsi zamanı da Fransa Senatı tərəfindən belə bir addım atılmağa cəhd edildiyini vurğulayıb:

“Hətta, senat bir az da qabağa gedərək “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı məsələləri də gündəmə gətirmək istəyirdi. Qeyd edim ki, Fransa dövləti və Senatı bugünkü mövqeyi ilə bir daha Azərbaycan-Ermənistan məsələlərində normallaşmasından üçün başqa cür istifadə edir. Göründüyü kimi, tərəf kimi çıxış edir və əlbəttə ki, bunun da qəbul edilməsi qeyri-mümkündür”.

Millət vəkili əlavə edib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə nə Qarabağda yaşayan ermənilərin, nə Ermənistanın özünün, nə də gələcəkdə ümid etdiyimiz sülhün və təhlükəsizliyin təminatına heç bir töhfəsini vermir:

“Qətnamədə Laçın dəhlizindən Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması ifadəsi öz əksini tapıb. Bu isə ondan xəbər verir ki, bu qətnaməni qəbul edən senatorlar reallıqdan bixəbərdir. Çünki onların Laçın rayonundan keçən yolla əlaqəli heç bir məlumatları yoxdur. Sirr deyil ki, bu gün həmin yolun mühafizəsini rus sülhməramlıları həyata keçirir. Onların da orada fəaliyyət göstərməsinə birbaşa Nikol Paşinyan imza atıb. Görünür ki, bu qətnamə erməni lobbisinin təsiri altında əldə edilmiş bir qətnamədir. Bu qətnamənin qəbul olunmasında senatorlar çox güman ki, Yenisey sarayı ilə məsləhətləşib. Çünki lap əvvəldən Azərbaycan müharibəyə başladığı, torpaqları işğaldan azad etdiyi dövrlə Fransa prezidenti Makronun münasibəti Azərbaycana olan münasibəti bir daha qətnamənin ayrı-ayrı maddələrində sanki ifadə olunur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top