“Fransa Senatı qəbul etdiyi qətnamə ilə açıq şəkildə Azərbaycana qarşı olduğunu göstərdi. Həmçinin, bu, Fransa Senatının Azərbaycana qarşı nə qədər qərəzli və təktərəfli mövqedə, yanlış mövqedə olduğunun göstəricisidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib.
“Biz illərlə söylədik ki, Minsk qrupunun həmsədri olan Fransa antiazərbaycan siyasəti yürüdür və bunun Minsk qrupu həmsədrindən çıxarılması lazımdır. İndi də açıq şəkildə öz siyasətini ortaya qoyur.Göründüyü kimi, onları Azərbaycan şəhərlərinə atılan bombalar və ermənilər tərəfindən öldürülən uşaqlar çox maraqlandırmadı. Çünki onların öz imperializm niyyətləri var və ona uyğun hərəkət edirlər. Hesab edirəm ki, ilk başda Azərbaycanın ciddi qərarlar alması lazımdır. Fransa böyük şirkətlərinə olan bağlantıları yenidən gözdən keçirilməsi lazımdır. Fransa münasibətlərinə bir əks həmlə etməsi lazımdır. Fransızlar nə qədər ermənipərəst olsalar da, pulu hər şeydən çox sevirlər. Bunu tarix də göstərir, bizim Fransadan asılacağımız heç nə yoxdur. O səbəbdən də, qarşı addımların atılması şərtdir”.
Aynurə
Demokrat.az