Ərdoğan: “Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir”

XARİCİ SİYASƏT 16 noy 2022, 09:38
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.

Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir.

Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.

“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - Türkiyə prezidenti vurğulayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top