“Bu aqressiv cəhdlər Rusiyanı laxlatmağa hesablanıb”— Putin

DÜNYA 15 noy 2022, 22:55
“Bir sıra dövlətlərin dünya tarixini yenidən yazmaq cəhdləri daha aqressiv hal alır. Belə cəhdlərin hədəfi Rusiyanı zəiflətmək, suverenliyinə təsir göstərmək və laxlatmaqdır”.

Bu sözləri Rusiya prezidenti Putin “Qələbə” tşəkilat komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarixi yenidən yazmaq cəhdləri Rusiyanın zəiflətmək məqsədi daşıyır: “Tarixin təhrif olunması, miflərin yaradılması, dəyərlərin aşınması -məhz bununla dövlətin laxladılması başlanır.

Bu ssenari artıq bir sıra ölkələrdə, o cümlədən Ukrayanda  tətbiq edilib”.

“Rusiya ilə də belə davranmaq cəhdləri olub. Amma biz vaxtında və qətiyyətlə bunun qarşısını ala bildik”-deyə Putin vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top