"Həmin terroristlər Azərbaycanı da təhdid edirlər” — Sərdar Cəlaloğlu

GÜNDƏM 15 noy 2022, 21:45
“Fikrimcə, Türkiyədəki terror aktı Türkiyədə seçki qabağı Rəcəb Tayyib Ərdoğanın və AKP-nin seçki kampaniyasına ciddi zərbə vurmaq, onların bu seçkilərdə terrora qarşı effektiv mübarizə aparmaq arqumentlərini puç etmək məqəsdilə həyata keçirilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri hesab edir ki, terror törədilməsində məqsəd Türkiyənin son vaxtlar dünyada və bölgədə artan nüfuzunu azaltmaqdır:

“Türk Dövlətləri Birliyinin meydana çıxması, Cənubi Qafqazda Türkiyəni oynadığı rol, eləcə də Rusiya-Ukrayna müharibəsində Türkiyənin oynadığı rol bütün dünyada Türkiyənin nüfuzunu artırıb. Şəxsən Rəcəb Tayyib Ərdoğanın da lider kimi tanınmasına gətirib çıxarıb. Görünür, bəzi qüvvələri başqa qanuni yollarla Türkiyənin getdiyi yoldan döndərədə bilmirlər. Təzədən bu terror variantına əl atıblar ki, bu da çox uğursuz bir variantdır. Biz terrorun bütün formalarını lənətləyirik. Xüsusən, qardaş Türkiyəyə qarşı terror aktının törədilməsi ilə Azərbaycana qarşı da törədilmiş hesab olunur”. 

Partiya sədri əlavə edib ki, terror törədilməsilə Azərbaycanı da təhdid edən qüvvələr var:

“Həmin terroristlər Azərbaycanı da təhdid edirlər. Eynilə Azərbaycanda da belə bir terror törədiləcəyi ilə bağlı sosial şəbəkələrdə bəyanat verirlər. Təbii ki, bu gün qlobal siyasətdə əsas hədəf olan ölkələrin hamısında bu risk var. İranda, Azərbaycanda, Türkiyədə, Rusiyada, Ermənistanda da bu risk var. Yəni, bütünlükdə çox destabilizasiya olunan ərazilərin hamısında bu cür terror aktlarının olması gözləniləndir. Ona görə də, narahat olmaq lazım deyil. 

Sadəcə olaraq, bütün dövlətlər bu təhlükəyə qarşı vahid cəbhədə çıxış etməlidir və terrora dəstək, terrorun maliyyə qaynaqlarının qurudulması, logistik dəstək və s. bu sahədə vahid bir mövqedən çıxış etməlidirlər. Heç bir dövlət öz dövlət maraqları naminə hansısa terror dəstəsini terror siyasətindən kənarda saxlamamalıdır, yaxud da onlara başqa-başqa adlar altında dəstək verməməlidir. Çünki bu terror elə bir şeydir ki, heç kim bundan sığortalanmayıb və istənilən hamının qapısını vaxt döyə bilər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top