Estetik əməliyyat keçirən Elnarənin səsi batdı — VİDEO

ŞOU-BİZNES 15 noy 2022, 17:57
"Estetik əməliyyatlar edənlərdən deyiləm. Mən gözəl deyiləm. Fikirləşdim ki, mən də hamı kimi üzümə nələrsə edib. Gözlərimin ətraflarına dolğular etdim. Ondan sonra səsim batdı. Sağ olsun həkimim, səs tellərimi müalicə etdirdi".

Demokrat.az
bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

Estetik əməliyyatdan sonra səs tellərində problemlər yarandığını bildirən sənətçi, bir daha gözəllik prosedurlarından istifadə etməyəcəyini dilə gətirib.

"Estetik əməliyyat keçirən həmkarlarıma deyirəm ki, oranızı kəsdirib, buranıza yapışdırırsınız. Bunu siz necə edirsiniz? Çox möcüzəlidir. Deyirəm ki, bunların canı bu qədər əməliyyatlara necə tab gətirir.

Ağlıma gəlməzdi ki, mən də hansısa estetik proserdurlar edərəm. Səs tellərimi düzəldən həkimimə deyirəm ki, bir də qələt edərəm, hansısa estetik prosedur edərəm. Sizə söz verirəm", - deyə E.Abdullayeva qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top