Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən Qlobal Media Konqresində iştirak edir

MEDİA 15 noy 2022, 14:59
Noyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Qlobal Media Konqresi öz işinə başlayıb. 18 ölkədən 170 məruzəçinin iştirak etdiyi və 25 ölkəyə məxsus 150 sərgi stendinin qurulduğu Qlobal Media Konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yaxın Şərqdə ilk dəfə olaraq media sənayesi, rəqəmsal kommunikasiya, süni intellekt, qabaqcıl texnologiyalar və innovasiya məsələləri ilə bağlı müzakirələr aparılır, həmçinin televiziya və radio, onlayn nəşrlər, eləcə də qlobal miqyasda sosial media üzrə sessiyalar təqdim olunur, bununla yanaşı, beynəlxalq şirkətlərin iştirakı ilə ixtisaslaşmış sərgi təşkil edilir.

Noyabrın 15-dən 17-dək davam edəcək Qlobal Media Konqresinin keçirilməsində əsas məqsəd beynəlxalq mediada inkişafın sürətləndirilməsi, media sahəsində müzakirə və mübadilə platformasının yaradılması, qlobal miqyasda əlaqələrin təkmilləşdirilməsi və yeni media mühitində innovativ həllərin təşviq edilməsidir.

Qeyd edək ki, konqres çərçivəsində 27 ixtisaslaşmış seminar təşkil olunacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top