Rusiyadan Kanada vətəndaşlarına sanksiya: Banderanın nəvəsi və Cim Kerri “qara siyahı”dadır

DÜNYA 14 noyabr 2022, 21:50
Rusiya Federasiyası Kanada vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

Demokrat.az "Ukrinform"a istinadən  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat  yayıb.

Rusiya diplomatik xidmətində deyildiyi kimi, “qara siyahı”ya düşənlər arasında “yüksək rütbəli məmurlar, iş adamları, çoxsaylı təşkilatların üzvləri, media və maliyyə strukturlarının fəalları” var.

 Ukraynanın millətçi lideri Stepan Banderanın nəvəsi, jurnalist Stiven Bandera, aktyor Cim Kerri, “Əl qulluqçusunun nağılı” bestsellerinin müəllifi Marqaret Atvud və başqalarına da  sanksiya tətbiq edilib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, sanksiyalar Kanada hakimiyyətinin sanksiyalarına cavab olaraq tətbiq edilib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top